- Dünyanın halı
- 7 Yanvar 11:36
- 1 245
Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri müzakirə edilib
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Mütəllim Mirzəyev Krallığın Xarici İşlər Nazirliyində (XİN) Bakı və Ər-Riyad arasındakı münasibətləri müzakirə edib.
Aznews.az xəbər verir ki, səfiri bu ölkənin siyasi məsələlər üzrə nazir müavini Səud Əs-Səti və beynəlxalq çoxtərəfli işlər üzrə nazir müavini Əbdülrəhman Əl-Rəssi qəbul ediblər.
Nazir müavinləri səfir salamlayıb və ona yeni vəzifəsində uğurlar arzulayıblar. Onlar həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.