- Dünyanın halı
- 7 Yanvar 11:47
- 1 632
Tayvanda radardan itən "F-16"nın pilotunun axtarışları aparılır
Tayvan Silahlı Qüvvələri Hualan bölgəsində radardan itən " F-16V" qırıcı təyyarəsinin pilotunun axtarışı üçün əməliyyat həyata keçirir.
Aznews.az xəbər verir ki, bu barədə "Focus Taiwan" informasiya portalı məlumat yayıb.
Adanın Hərbi Hava Qüvvələrinin məlumatına görə, itən təyyarənin pilotu kapitan Sin təyyarənin radar ekranlarından itməsindən əvvəl katapult etmək niyyətində olduğunu bildirməyə macal tapıb, lakin onun təyyarəni tərk edib-etmədiyi məlum deyil.
Axtarış əməliyyatına adanın Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsinin qüvvə və vasitələri cəlb edilib. Bölgədəki mülki gəmilər də hadisə barədə məlumatlandırılıb.