Səudiyyə Ərəbistanı və ABŞ XİN rəhbərləri Vaşinqtonda görüşdü

Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan ABŞ-ın paytaxtı Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, görüş zamanı tərəflər iki ölkə arasında mövcud olan tarixi və strateji münasibətləri nəzərdən keçirib, bu əlaqələrin qarşılıqlı maraqlara uyğun şəkildə daha da inkişaf etdirilməsi yollarını müzakirə ediblər. Eyni zamanda regionda baş verən son proseslər, eləcə də bölgədə təhlükəsizlik və sabitliyin gücləndirilməsinə yönəlik davam edən səylər ətrafında fikir mübadiləsi aparılıb.

ABŞ dövlət katibi Marko Rubio isə sosial media hesabında paylaşım edərək bildirib ki, görüşdə Qəzza, Yəmən, Sudan və Suriya da daxil olmaqla Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə davam edən koordinasiya məsələləri müzakirə edilib.

Mövsüm,

AzNews.az