- Dünyanın halı
- 8 Yanvar 16:58
- 2 091
TPAO və "ExxonMobil"in törəmə şirkəti Qara dəniz və Aralıq dənizində birgə fəaliyyət barədə razılaşıb
Türkiyənin TPAO milli neft şirkəti və "ESSO Exploration International Limited" ("ExxonMobil"in törəmə strukturu) neft-qaz sektorunda Anlaşma Memorandumu imzalayıb.
Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Sənəd Qara dəniz və Aralıq dənizində yeni kəşfiyyat ərazilərini, həmçinin tərəflərin birgə müəyyən edəcəkləri digər potensial beynəlxalq sahələri əhatə edir.
"Dərin sularda kəşfiyyat və qazma sahəsində texniki imkanları "ExxonMobil"in beynəlxalq təcrübəsi ilə birləşdirərək işlərin səmərəliliyini artırmaq, eləcə də yeni kəşflər üçün şərait yaratmaq niyyətindəyik. Beynəlxalq əməkdaşlıq hesabına imkanlarımızı gücləndiririk və regionumuzun enerji mərkəzinə çevrilməsi istiqamətində irəliləyirik", - A.Bayraktar yazıb.