- Dünyanın halı
- 8 Yanvar 18:56
- 2 406
Makron: ÜST sammiti 2026-cı ilin aprelində Lion şəhərində keçiriləcək
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sammiti bu ilin aprel ayında Lion şəhərində keçiriləcək.
Aznews.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında fransız səfirləri ilə keçirilən müşavirədə bildirib.
"ÜST-nin təzyiq və təhdidlərə məruz qaldığı bir vaxtda onun gücləndirilməsi, həmçinin bütün ölkələrin hədəf fondlarının apreldə Lionda keçiriləcək sammitdə birləşdirilməsi effektiv çoxtərəfli əməkdaşlığın müdafiəsində əsas məqam olacaq", - o deyib.
Makron Fransanın beynəlxalq gündəliyində səhiyyə məsələlərinə xüsusi diqqət ayırmaq niyyətində olduğunu vurğulayıb.
2025-ci ildə ABŞ Prezidenti Donald Tramp ölkəsinin BMT sistemi çərçivəsində bir sıra təşkilatlardan, o cümlədən ÜST, YUNESKO, BMT İnsan Hüquqları Şurası və Fələstin qaçqınlarına yardım və işlərin təşkili üzrə BMT Yaxın Şərq Agentliyindən (BAPOR) çıxacağını və onların maliyyələşdirilməsini dayandıracağını elan etmişdi.
AzNews.az