- Dünyanın halı
- 9 Yanvar 11:13
- 2 401
Venesuela Trampın tələbi ilə bir qrup siyasi məhbusu azad edib
Venesuela hökuməti içərilərində həm ölkə vətəndaşları, həm də əcnəbilərin olduğu bir sıra tanınmış müxalifət nümayəndələrini, ictimai fəalları və jurnalistləri azad edib.
Aznews.az xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.
Məlumata görə, Venesuela hakimiyyəti sözügedən addımı “sülhə nail olmaq” məqsədi daşıyan təşəbbüs kimi təqdim edib.
Qeyd olunur ki, müxalifətçilərin və jurnalistlərin azadlığa buraxılması Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən narkotik alveri ittihamı ilə saxlanılmasından bir həftə sonra baş verib.
Donald Tramp "Fox News" telekanalına verdiyi müsahibədə müvəqqəti prezident Delsi Rodrigezin rəhbərlik etdiyi hökuməti tərifləyərək deyib:
“Onlar möhtəşəmdirlər. İstədiyimiz hər şeyi bizə veriblər”.
Aznews.az