- Dünyanın halı
- 9 Yanvar 15:20
- 1 798
Koşta, Fon der Lyayen və Əhməd əş-Şəraa Suriyanın inkişafını müzakirə ediblər
Avropa İttifaqı (Aİ) Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüşüblər.
Aznews.az xəbər verir ki, bu barədə Koşta "X" hesabında yazıb.
"Uzun illər davam etmiş müharibə və əzablardan sonra Əsəd rejiminin süqutu, nəhayət ki, Suriya xalqına ümid gətirib. Biz Avropa İttifaqının Suriyaya davamlı dəstəyini nümayiş etdirmək üçün buradayıq. Qarşıda hələ uzun yol var, amma siz (Suriya - red.) artıq ilk addımları atmısınız", - Aİ Şurasının sədri yazıb.