- Dünyanın halı
- 11:14
- 1 162
Vaşinqtondan Seula zərbə: Tramp tarifləri artırdığını elan etdi
ABŞ Prezidenti Donald Tramp ticarət sazişini qüvvəyə mindirmədiyinə görə Cənubi Koreyaya tətbiq olunan avtomobil, ağac məhsulları, dərman preparatları və digər bütün qarşılıqlı gömrük rüsumlarının 15 faizdən 25 faizə qaldırıldığını açıqlayıb.
Tramp bununla bağlı sosial media hesabında paylaşım edib.
Ticarət sazişlərinin ABŞ üçün son dərəcə vacib olduğunu vurğulayan Tramp, bu razılaşmalar çərçivəsində razılaşdırılmış prosedurlara uyğun olaraq rüsumların azaldılması üçün sürətlə addımlar atdıqlarını bildirib.
O, ticarət tərəfdaşlarından da eyni yanaşmanı gözlədiklərini qeyd edərək, Cənubi Koreya parlamentinin ABŞ ilə bağlanan sazişə əməl etmədiyini iddia edib.
Tramp xatırladıb ki, 30 iyul 2025-ci ildə Cənubi Koreya Prezidenti Li Cae Myonq ilə “böyük bir razılaşma” əldə olunub və 29 oktyabr 2025-ci ildə ölkədə olduğu zaman bu şərtlər yenidən təsdiqlənib.
Tramp bildirib:
“Koreya Parlamenti tarixi ticarət sazişimizi qüvvəyə mindirmədiyi üçün – bu onların seçimidir – Cənubi Koreyaya qarşı avtomobil, ağac məhsulları, dərman preparatları və digər bütün qarşılıqlı rüsumları 15 faizdən 25 faizə qaldırıram.”
Mövsüm,
AzNews.az