ABŞ Yaxın Şərqdə hərbi təlimlər keçirəcək

ABŞ ilə İran arasında gərginlik davam edir. Bu fonda ABŞ-dan diqqətçəkən addım gəlib.

ABŞ, İranda gərgin atmosferə baxmayaraq, Orta Şərqdə hərbi təlim keçirməyə hazırlaşır. Bildirilib ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığına (“CENTCOM”) tabe olan Hərbi Hava Qüvvələri (“AFCENT”) ABŞ–İran münasibətlərində gərginliyin artdığı bir dövrdə “CENTCOM”un məsuliyyət zonasında bir neçə gün davam edəcək təlim həyata keçirəcək.

“CENTCOM” tərəfindən yayılan yazılı açıqlamada qeyd olunub ki, “AFCENT” ABŞ-a məxsus döyüş hava qüvvələrinin yerləşdirilməsi, yayılması və davamlı fəaliyyət qabiliyyətini nümayiş etdirmək məqsədilə “CENTCOM”un məsuliyyət sahəsində bir neçə günlük təlim icra edəcək.

Təlimin detalları

Açıqlamada vurğulanıb ki, təlim hərbi bölmələr və şəxsi heyətin yerləşdirmə imkanlarını artırmaq, regional tərəfdaşlıqları gücləndirmək və “CENTCOM” üzrə çevik müdaxilə qabiliyyətinə hazırlığı təmin etmək məqsədi daşıyır. Bu çərçivədə bir sıra fövqəladə nöqtələrə qrupların göndəriləcəyi, dəstək paketləri ilə sürətli yerləşmə, qalxış və geri dönüş prosedurlarının yoxlanılacağı bildirilib.

Həmçinin qeyd olunub ki, bütün fəaliyyətlər ev sahibi ölkələrin razılığı ilə, mülki və hərbi aviasiya qurumları ilə sıx koordinasiya şəraitində həyata keçiriləcək, təhlükəsizlik, həssaslıq və suverenliyə hörmət əsas prinsip olacaq.

Mövsüm,

AzNews.az