Hindistanın Maharaştra Baş nazir müavini Ajit Pavar təyyarə qəzasında həlak olub

Hindistanın Maharaştra əyalətinin Baş nazir müavini Ajit Pavar, daxil olduğu təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirib. Ölkənin mülki aviasiya tənzimləyicisi, Hindistan Mülki Aviasiya Baş İdarəsi (“DGCA”), qəza ilə bağlı açıqlama yayıb.

Məlumata görə, Mumbai-dən havaya qalxan təyyarə, Pavarın seçki dairəsi olan Baramati hava limanına eniş edərkən qəzaya uğrayıb. DGCA bildirir ki, təyyarə pistdə sərt eniş etdikdən sonra qəza baş verib.

Qəza nəticəsində Pavarın iki müşaviri və uçuş heyətindən iki nəfər də həlak olub. Qəzanın dəqiq səbəbi hələ rəsmi olaraq təsdiqlənməyib.

Mövsüm,

AzNews.az