Argentinada zavodda partlayış baş verib

Kosmetika ixracı ilə məşğul olan "Otowil" şirkətinin zavodunda güclü partlayış baş verib, nəticədə yaranan yanğın ətrafdakı binalara da keçib.

Bu barədə Argentinanın "La Nación" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, Buenos-Ayres əyalətinin San-Fernando bələdiyyəsinin sakinləri cümə axşamı səhər tezdən Otowil şirkətinin zavodunda partlayış nəticəsində iri miqyaslı yanğın baş verdiyini və alovun qonşu evlərə yayıldığını bildiriblər. Hadisənin səbəbləri hələlik məlum deyil.

Nəşrin məlumatına görə, insident yerli vaxtla saat 01:30-da qeydə alınıb və təkcə "Otowil" zavoduna deyil, həmçinin yaxınlıqdakı Sabores y Fragancias S.A. müəssisəsinə də ziyan dəyib. Yerli sakinlərin sözlərinə görə, partlayış o qədər güclü olub ki, səsi hətta qonşu rayonda da eşidilib.

Mövsüm,

AzNews.az