KİV: ABŞ-nin xəbərdarlığından sonra İran, Çin və Rusiyanın təlimləri təxirə salınıb

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) xəbərdarlığından sonra İranın Hörmüz boğazında Çin və Rusiya ilə planlaşdırdığı birgə hərbi-dəniz təlimləri təxirə salınıb.

Aznews.az xəbər verir ki, bu barədə "İran İnternational" məlumat yayıb.

Daha əvvəl yayılan məlumatda bildirilib ki, İran, Çin və Rusiya fevralın sonunda Hind okeanın şimalında birgə hərbi təlimlər keçirəcək. Təlimlər 2019-cu ildə İran Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü ilə başlayıb və indiyədək yeddi dəfə reallaşıb.

Bununla yanaşı, CENTCOM İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Hörmüz boğazında planlaşdırılan ikigünlük hərbi-dəniz təlimlərini təhlükəsiz və peşəkar şəkildə həyata keçirməyə çağırıb.

AzNews.az