Argentinada meşə yanğınları: 50.000 hektar ərazi külə çevrilib

Argentinanın Pataqoniya bölgəsindəki Çubut, Rio Neqro, Neuken və Santa Kruz əyalətlərini əhatə edən meşə yanğınları ilə mübarizə səyləri davam edir. Uzun müddətdir quraqlıqdan əziyyət çəkən bölgədə baş verən yanğınlar, xüsusən də Çubut əyalətində genişmiqyaslı ziyana səbəb olub.

Yanğınların ən şiddətli olduğu Çubut əyalətində, təxminən 2600 illik ağacları ilə tanınan UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Los Alerces Milli Parkında alovlar yayılmağa davam edir. Hakimiyyət orqanları indiyə qədər təxminən 50.000 hektar ərazinin tamamilə məhv olduğunu açıqlayıb. Yanğınsöndürmə işləri yanğınsöndürənlər və helikopterlərin dəstəyi ilə həyata keçirilir.

Yanğınları idarə edə bilməmək Prezident Xavyer Mileinin sərt iqtisadi siyasətini yenidən diqqət mərkəzinə gətirib. Milei administrasiyası 2024-cü ildə Milli Yanğından Mühafizə Xidmətinə ayrılan büdcəni əvvəlki ilə nisbətən 80 faiz azaldıb. Bu ixtisarlar yanğınsöndürmə briqadalarının koordinasiyasına, hava tankerlərinin texniki xidmətinə və yeni avadanlıqların alınmasına mənfi təsir göstərib.

Mövsüm,

AzNews.az