Kanada bəyan etdi: Nüvə silahı hazırlamayacaq!

Kanada nüvə silahlarının hazırlanması ilə məşğul olmağı planlaşdırmır.

Aznews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Devid Makginti bəyan edib.

“Kanada qətiyyən öz nüvə silahlarını hazırlamaq niyyəti yoxdur ”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, ölkə hələ də nüvə silahlarının yayılmaması prinsiplərinə sadiq qalır.

Qeyd edək ki, keçmiş Kanada Silahlı Qüvvələrinin baş qərargah rəisi general Ueyn Eyer (2021-2024) Ottavada keçirilən təhlükəsizlik konfransında çıxışı rezonans doğurmuşdu. O, Kanadada təhlükəsizlik məqsədilə nüvə silahı yaratmaq ideyasının tamamilə rədd edilməli olmadığını söyləmişdi. O vurğulayıb ki, kanadalılar belə bir silah yaratmaq üçün bütün imkanlara malikdirlər: ölkədə atom stansiyaları mövcuddur, digər zəruri mülki infrastruktur və alimlər var.

Aznews.az