- Dünyanın halı
- 14:27
- 1 687
Ceffri Epşteynin ölümünün fotoları yayılıb
Dünya Ceffri Epşteyn qalmaqalı və milyonlarla yeni ortaya çıxan sənəddən danışır.
Onlarla məşhur siyasətçinin, iş adamının və sənətçinin ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunaraq həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə əlaqələri olduğu da ortaya çıxıb.
3 milyondan çox yeni sənədin açıqlanması ilə 2003-cü ildə baş verən qalmaqal yenidən ictimai müzakirələrin əsas mövzusuna çevrilib.
Fayllarda tapılan məşhurların fotoşəkilləri, elektron poçt yazışmaları, şübhəli sövdələşmələr, onlarla yetkinlik yaşına çatmayan qurban qızlar...
Dünyanı şoka salan bu dəhşətli hadisənin mərkəzi fiquru olan Epşteynin 2019-cu ildə həbsxana kamerasında şübhəli şəraitdə ölü tapılması sui-qəsd nəzəriyyələrini başqa bir səviyyəyə qaldırdı.
Onun susdurulması üçün öldürüldüyü iddiaları həmişə güclü bir ehtimal hesab edilsə də, onun ölmədiyi və təcrid olunmuş vəziyyətdə yaşamağa davam etdiyi barədə çoxsaylı iddialar da irəli sürülüb.
Yeni yayımlanan görüntülər bu nəzəriyyəni təkzib edir. Yeni görüntülərdə tibb qruplarının Epşteynin cəsədi tapıldıqdan sonra onu həyata qaytarmağa çalışdığı görünür.
Epşteynin ölümündən sonra çəkilmiş fotoşəkillər də yeni yayımlanan şəkillər arasındadır.