- Dünyanın halı
- 15:12
- 1 961
Filippində baş verən yanğın mindən çox evi külə çevirib
Dünən axşam yerli vaxtla saat 22:00 radələrində Bongao bölgəsində baş verən yanğın güclü külək səbəbindən sürətlə yayılıb.
Filippin Xəbər Agentliyi bu barədə (PNA) məlumat yayıb.
Ərazidə yaşayan yerli mənbə bildirib ki, 1000-dən çox ev yanıb və təxminən 5000 insan başqa ərazilərə sığınmaq məcburiyyətində qalıb.
Səlahiyyətlilər, təxminən dörd saat davam edən yanğından zərər çəkən ailələrin quru və dəniz yolu ilə təxliyə edildiyini və heç bir itki olmadığını bildirib.
Rəsmilər alovların tamamilə söndürüldüyünü və yanğının səbəbini müəyyən etmək və dəymiş ziyanın miqyasını qiymətləndirmək üçün araşdırmaların davam etdiyini bildiriblər.
Mövsüm,
AzNews.az