- Dünyanın halı
- 19:21
- 1 292
İran və ABŞ Omanda keçiriləcək danışıqlarda sanksiyaların ləğvini müzakirə edəcəklər
İran və ABŞ fevralın 6-da Omanda İslam Respublikasına qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqlar aparacaqlar.
ISNA xəbər agentliyinin Telegram kanalında bu barədə məlumat yayıb.
Danışıqların formatı Omanın vasitəçiliyi ilə eyni qalacaq. İranı xarici işlər naziri Abbas Araqçi, ABŞ-ı isə prezidentin xüsusi elçisi Stiv Vitkoff təmsil edəcək. Sahibkar Cared Kuşnerin iştirakı da nəzərdən keçirilir.
Danışıqların dolayı xarakter daşıyacağı və yalnız nüvə sazişi və İrana qarşı sanksiyaların ləğvi ilə məhdudlaşacağı göstərilir.