- Dünyanın halı
- 16:11
- 2 269
Time jurnalında Xamenei illüstrasiyası: “Ayətullahdan sonra”
TIME jurnalının “Ayetullahdan Sonra” başlıqlı üz qabığı İranda baş verən son proseslər fonunda yenidən gündəmə gəlib və geniş müzakirələrə yol açıb.
Rəssam Edel Rodrigezin müəllifi olduğu illüstrasiyada İranın ali dini lideri Ayətullah Əli Xamenei üzü görünməyəcək şəkildə, arxası tamaşaçıya dönük formada təsvir olunub. Qırmızı tonların üstünlük təşkil etdiyi təsvir ölkədə artan etirazları və yüksələn ictimai gərginliyi simvolizə edir.
Əvvəl Saddam, sonra Qəddafi – indi Xamenei
TIME jurnalı keçmiş illərdə də oxşar simvolik üz qabıqları ilə diqqət çəkib.
Dərgi 2003-cü ildə ABŞ-nin İraqı işğalından əvvəl Saddam Hüseynin portretini “Saddamdan Sonra Həyat” başlığı ilə üz qabığında təqdim etmişdi.
2011-ci ildə isə Liviya lideri Müəmmər Qəddafinin üzünün yarısının silindiyi təsvirlə “Qəddafidən Sonra Dünya” başlıqlı üz qabığı dərc olunmuşdu. Hər iki lider həmin nəşrlərdən qısa müddət sonra edam edilmişdi.
Bu keçmiş nümunələr TIME-ın Ayətullah Əli Xameneini arxası dönük şəkildə təsvir etdiyi son üz qabığının daha da diqqət çəkməsinə səbəb olub.
Xamenei daha əvvəl də TIME-ın üz qabığında yer almışdı
TIME jurnalı 2025-ci ilin iyun sayında da Xameneini üzünün cırılmış şəkildə təsvir etmiş, bu isə İranda rejim dəyişikliyi ilə bağlı iddiaların yenidən gündəmə gəlməsinə yol açmışdı.
Mövsüm,
AzNews.az