Omanda İran və ABŞ arasında danışıqlar başlayıb

İranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün İran və ABŞ arasında danışıqlar Omanın Məsqət şəhərində başlayıb.

Bu barədə Fars xəbər agentliyi fevralın 6-da məlumat yayıb .

Qeyd olunur ki, İran nümayəndə heyətinə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə ABŞ-ın xüsusi elçisi Stiven Vitkoff rəhbərlik edir.

Hazırkı təmaslar bir neçə ay davam edən və 2025-ci ilin iyun ayında İran-İsrail qarşıdurmasının açıq fazaya keçməsi ilə əlaqəli olan uzunmüddətli dialoq fasiləsindən sonra ilk təmaslar idi. Bu vaxta qədər Tehran və Vaşinqton beş raund danışıqlar aparmışdılar.

Mövsüm,

AzNews.az