- Dünyanın halı
- 14:24
- 1 483
Yaponiyada qar fəlakəti davam edir: Ölənlərin sayı 42-yə çatıb
Yanvarın 20-də Yaponiyaya yağan güclü qar xaosa səbəb olmuş və həyatı iflic etmişdi.
Ölkə üzrə ölənlərin sayı 44-ə çatıb və FDMA potensial fəlakətlərin qarşısını almaq üçün ictimaiyyəti xəbərdar edən bir bəyanat yayıb.
Niiqata prefekturasında 15, Akitada 8, Aomori və Yamaqatada isə hər birində 5 nəfərin öldüyü açıqlanıb.
Hokkayoda 4, İvate, Fukui, Naqano, Kioto və Şimanedə isə 1 nəfərin öldüyü
FDMA, güclü qar yağışının səbəb olduğu qəzalarda ümumilikdə 444 nəfərin xəsarət aldığını açıqladı, onlardan 156-sı ağır, 288-i isə yüngül xəsarət aldı və ictimaiyyəti qar təmizlənməsi zamanı birdən çox nəfərlə işləməyə, mobil telefon gəzdirməyə və damlar kimi yüksək yerlərdə təhlükəsizlik iplərindən və dəbilqələrdən istifadə etməyə çağırıb.
Səlahiyyətlilər vətəndaşlara qar təmizləmə işlərini təkbaşına deyil, bir neçə nəfərlə birlikdə aparmaq, üzərlərində mobil telefon saxlamaq, həmçinin dam kimi hündür ərazilərdə işləyərkən təhlükəsizlik kəməri və qoruyucu dəbilqədən istifadə etmək barədə xəbərdarlıq edib.
Bildirilir ki, ölkənin bir çox bölgəsində hava, avtomobil və dəmir yolu nəqliyyatında ciddi fasilələr yaranıb. Qar təmizləmə işlərinə dəstək məqsədilə bəzi ərazilərə Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDF) şəxsi heyəti cəlb olunub.
Mövsüm,
AzNews.az