- Dünyanın halı
- 16:00
- 914
Omanda İran-ABŞ danışıqlarının ikinci raundu başa çatıb
Omanda İran-ABŞ danışıqlarının ikinci raundu başa çatıb.
Aznews.az “Tasnim”ə istinadən xəbər verir ki, danışıqların ikinci raundu yekunlaşıb.
Hazırda ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Omanın xarici işlər naziri ilə məsləhətləşmələr aparır.
Qeyd edək ki, bundan əvvəlki raundda Oman XİN rəhbəri tərəflər arasında mesajların mübadiləsində vasitəçilik edib.
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.
Bu danışıqlar iyun ayında İsraillə İran arasında 12 günlük müharibədən sonra ABŞ-la İran arasında ilk rəsmi görüşdür.
Aznews.az