Kim Çen In yeni silahların sınaqlarını izləyib

Şimali Koreya lideri Kim Çen In 1950–1953-cü illər Koreya müharibəsinin başlanmasının ildönümü münasibətilə ölkədə keçirilən yeni silah sınaqlarını izləyib.

Kim çoxsaylı raket buraxılış sistemi, taktiki ballistik raketlər üçün döyüş başlıqları və uzaqmənzilli raketlərin hədəfi vurma dəqiqliyinin yoxlanılması üzrə keçirilən sınaqlara nəzarət edib və nəticələrdən məmnun qaldığını bildirib.

Şimali Koreya lideri son sınaqların ölkənin mühüm silah texnologiyaları sahəsində əldə etdiyi irəliləyişi təsdiqlədiyini vurğulayıb.

“Bütün uzaqmənzilli zərbə vasitələrimizin təkmilləşdirilmiş versiyalarla əvəz olunduğunu düşmənlərimiz mümkün qədər tez öyrənəcəklər”, – deyə Kim bildirib.

O əlavə edib ki, rəqibləri daimi narahatlıq və qorxu içində saxlamaq böyük əhəmiyyət daşıyır.

Şimali Koreya mediasının məlumatına görə, sınaqdan keçirilən silahlar ölkənin arsenalının və raket sistemlərinin modernləşdirilməsi proqramının mühüm hissəsini təşkil edir.

Mövsüm,

AzNews.az