“Bəyəm, günün ikinci yarısında qəbul olunan qanunun çəkisi aşağıdır?..” “Bəyəm, günün ikinci yarısında qəbul olunan qanunun çəkisi aşağıdır?..”

Siyavuş Novruzovdan deputatlara atmaca

“Bəyəm, günün ikinci yarısında qəbul olunan qanunun çəkisi aşağıdır?..”

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov plenar iclasların ikinci hissəsində iştirak etməyən deputatlara irad bildirib.

AzNews.az-ın məlumatına görə, S.Novruzov deyib ki, Milli Məclisin hörməti onun nizamı və intizamıdır.

O, bildirib ki, müzakirələr günün birinci və ikinci hissəsində aparılır: “Bəyəm, günün ikinci yarısında qəbul olunan qanunun çəkisi aşağıdır, yoxsa hüquqi dərəcəsi azdır? Bunların hər biri eynidir. Kimsə harasa iclasa gedirsə, yazılı və şifahi şəkildə parlament sədrinə müraciət edir və xahiş nəzərə alınır”.

Elgün
AzNews.az