ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Nəticədən asılı olmayaraq münasibətlər möhkəmlənəcək - Deputat ABŞ-dakı seçkilər haqda danışıb

ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır

“ABŞ dünyada böyük güc mərkəzidir. Bu ölkənin Azərbaycanla bağlı siyasəti müəyyən olunub. Bu siyasi kurs həm demokratların, həm də respublikaçıların hakimiyyətdə olduğu illərdə dəyişməz qalıb və qalacaqdır. ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ölkələrimiz arası münasibətlər dostluq və strateji əməkdaşlıq xarakteri daşıyır”.

Bu sözləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov hazırda Amerikada keçirilən prezident seçkilərinin nəticəsinin Azərbaycana necə təsir edəcəyi haqda danışan zaman deyib.

Deputat bildirib ki, Azərbaycan qitələri birləşdirən böyük transmilli layihələr icra edib və ABŞ bütün layihələrdə Azərbaycanı dəstəkləyib: “Həm də ABŞ ATƏT-in Minsk Qrupun həmsədr ölkəsidir və ona görə də torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə münasibətdə ABŞ neytral mövqe sərgiləyir və bundan sonra da sərgiləyəcəkdir. Əslində, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə beynəlxalq hüquqa dəstək vermiş və o cümlədən, həmsədr ölkə olaraq ABŞ-ın işini də yüngülləşdirmiş olur”.

Deputat ABŞ-da keçirilən prezident seçkilərində kimin qalib gələcəyindən asılı olmayaraq ABŞ-Azərbaycan münasibətlərinin inkişaf xətti ilə davam edəcəyini düşündüyünü qeyd edib: “Türkiyə-ABŞ münasibətləri isə eyniylə daha sıx inkişaf xarakteri alacağı gözləniləndir. Çünki, Türkiyə ABŞ-la bir yerdə NATO-nun üzvüdür. NATO-ya üzv ölkələr bir-birilərini hər bir müstəvidə, o cümlədən hərbi əməkdaşlıqda həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcəklər. Türkiyə artıq regionda və dünyada söz sahibi olan güclü ölkəyə çevrilib. Dünyada ziddiyyətlərin qloballaşdığı bir dövürdə ABŞ üçün Türkiyə kimi söz sahibi və güclü hərbi-iqtisadi potensiala malik bir ölkə ilə əməkdaşlığın davam etdirilməsi vacibdir. Düşünürəm ki, yeni prezident kimin seçiləcəyindən asıllı olmayaraq bu münasibətlər gələcəkdə daha da möhkəmlənəcəkdir”.

Səidə

AzNews.az