"Bu Ermənistan cəmiyyətinin geri dönüş etməsi ilə nəticələnəcək" - Politoloq

Bu həm də onun Paşinyana qarşı olan şəxsi düşmənçiliyi ilə bağlıdır

“Bilirsiniz ki, 2018-ci il 1 mart hadisələrində Köçəryan günahladırılıb və bir neçə dəfə onun məhkəməsi təxirə salınıb. Mühakimə edilməsinin əsas səbəbi məhz Rusiya prezidentinin ona verdiyi dəstəkdir. Müharibənin başlaması, Ermənistanın daxilində bir sıra dəyişikliklər Robertin hələ də küçələrdə gəzməsinə şərait yaradıb”.

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, Qarabağ klanının seçkilərdə heç bir namizədi yoxdur: “Ümumiyyətlə, Qarabağ klanı Ermənistandakı seçkilərdə Paşinyanın başçılığı ilə keçirilməsindən çəkinir. Lakin Köçəryan yaxşı başa düşür ki, ola bilsin seçkilər məhz Paşinyanın başçılığı altında keçirilsin. Ona görə də bildirir ki, nə vəchlə olur olsun o seçkilərdə iştirak edəcək. Bu həm də onun Paşinyana qarşı olan şəxsi düşmənçiliyi ilə bağlıdır ki, ondan revanş çıxarmaq istəyir. Dünənki müsahibəsində də Nikol Paşinyanı iddiham etməsi bir daha onu göstərir ki, Qarabağ klanı mütləq şəkildə qisas almalıdır. Dünən elə Rusiyanın ünvanına edilən təriflər də bunun göstəricisidir. Robertlə hakimiyyət Ermənistanın keçmişə qayıdışı deməkdir. Hakimiyyətdə Köçəryanı görmək istərlərsə, bu Ermənistan cəmiyyətinin geri dönüş etməsi ilə nəticələnəcək. Çünki Köçəryan Paşinyanı tənqidlər üzərində hakimiyyətə gələrsə, bu Nikolun apardığı siyasi kursu davam etdirə bilməz.

Ümumilikdə Ermənistanda hakimiyyətə kim gəlirsə gəlsin unutmamalıdır ki, bu müharibənin qalibi Azərbaycandır, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və əgər Dağlıq Qarabağda yenidən separatçılıq meyilləri baş qaldırarsa, biz Azərbaycan və Ermənilər arasında kimin olmasından aslı olmayaraq öz dəmir yumruğumuzu yenidən göstərəcəyik. O ki, qaldı Köçəryana, müharibə zamanı cəsarətsizliyi ilə seçilən Robert əgər belə hünərli idisə Azərbaycan ordusuna qarşı vuruşardı. Köçəryan, Sarkisyan unutmasınlar ki, onlar 1990-cı illərin əvvəllərində hazırlıqsız və silahsız Azərbaycanlılara qarşı vuruşurdular. Özlərini Azərbaycanın günahsız uşaqları, qocaları qarşısında qəhrəman hiss edirdilər. Amma onların qurduğu dövlətin, onların qurduğu ordunun nəyə qadir olduğunu bu 44 gün sübut etdi. Ona görə, yaxşı olar ki, Köçəryan göydən yerə ensin və bu ahıl yaşında bütün səhvlərini başa düşərək Azərbaycandan üzr istəsin. Hər halda Köçəryan Azərbaycan xalqı qarşısında cinayətkardır və onun aqibəti heç də düşündüyü kimi olmayacaq”.

Səidə

AzNews.az