Günel Səfərova AXC TV-də Azərbaycan-Türkiyə QHT-lərinin ilk əməkdaşlıq Forumundan danışıb

AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlının aparıcı olduğu "Həftənin yekunu" proqramının bu dəfəki qonağı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Muşahidə Şurasının üzvü, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova olub

Verilişdə həftə ərzində ölkə və dünya miqyasında baş verən hadisələrdən, o cümlədən Azərbaycan-Türkiyə QHT-lərinin ilk birgə əməkdaşlıq forumundan, iki ölkə rəsmilərinin imzaladığı memorandumdan, Təhsil Nazirliyi yanında İctimai Şuranın fəaliyyətindən, ictimai iştirakçılığın dövlət qurumlarında təmsilçilik səviyyəsindən, QHT Agentliyinin elan etdiyi qrand müsabiqəsi və digər məsələlərdən danışılıb.

Verilişin videosunu təqdim edirik: