Anar Əliyev: “Azərbaycan-Ermənistan arasında münasibətlərin tənzimlənməsinin bəyanatlar mərhələsindən real, əməli- fəaliyyət mərhələsinə keçirilməsinin şahidi ola biləcəyik” Anar Əliyev: “Azərbaycan-Ermənistan arasında münasibətlərin tənzimlənməsinin bəyanatlar mərhələsindən real, əməli- fəaliyyət mərhələsinə keçirilməsinin şahidi ola biləcəyik”

“Brüssel görüşü əsas dönüş nöqtəsi kimi qiymətləndiriləcək”- Politoloq

Anar Əliyev: “Azərbaycan-Ermənistan arasında münasibətlərin tənzimlənməsinin bəyanatlar mərhələsindən real, əməli- fəaliyyət mərhələsinə keçirilməsinin şahidi ola biləcəyik”

Politoloq Anar Əliyev Brüssel görüşünün nəticələri ilə bağlı AzNews.az analitik-informasiya portalına açıqlama verib.

O bildirib ki, 5 saatdan artıq davam edən Ermənistan baş naziri və Azərbaycan Prezidenti arasında Avropa Şurası İttifaqının təşəbbüsu ilə keçirilən Brüssel görüşü çox mühüm nəticələrlə yadda qaldı.

“Hesab edirəm ki, bu görüşün ən mühum nəticələrini bir neçə istiqamətdə təhlil etmək olar. Birinci istiqamət Ermənistanın ciddi cəhdlə reallaşdırmaqdan yayınmağa çalışdığı sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupunun formalaşdırılması və iş rejiminə başlaması ilə bağlı prosesidir.
Bu Ermənistanın üzərinə yayınması mümkün olmayan öhdəlik kimi qoyulub.
Çünki razılaşmanın nəticəsi olaraq qısa müddət ərzində işçi qrupu arasında görüşün keçirilməsi qəbul edilib.
İkinci mühüm istiqamət Ermənistanla Azərbaycan arasında nəqliyyat- kommunikasiya əlaqələrinin , xüsusuən də Azərbaycanın qərb rayonları ilə Naxçıxanı birləşdirəcək nəqliyyat əlaqəsinin açılması ilə bağlı razılığın bir daha vurğulanması və Ermənistanın üzrərinə bununla bağlı öhdəliyin qoyulmasıdır. Üçüncü istiqamət sülh danışıqları ilə bağlı prosesin daha da aktivləşməsi və xarici işlər nazirləri səviyyəsində işçi qrupları arasında görüşün keçirliməsi, sülh detallarının müzakirəyə çıxarılması ilə bağlı razılaşmadır”.

Politoloqun sözlərinə görə, görüşdə mühüm məsələrdən biri də iqtisadi əlaqələrin qurulması , xüsusən də region xalqlarının mənafeyinə xidmət edən iqtisadi münasibətlərin xalqların şüuruna xalqların düşüncəsinə yeridilməsi ilə bağlı fikirlərin səslənməsidir.

“Şarl Mişelin görüşdən sonra keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərdən də məlum olur ki, tərəflər iqtisadi əlaqələrin qurulmasının vacibliyini bir daha vurğulayıblar. Bu əlaqələrin, region xalqlarının sosial-iqtisadi rifahının yaxşılaşdırımasındakı rolunun cəmiyyətlərə çatdırılması ilə bağlı öhdəliklər götürüblər. Xüsusən də Ermənistan tərəfindən.
Belə görüşlər Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinin Rusiyanın nəzarətindən çıxarılması istiqamətində mühüm əhəmiyətili və uğurlu gedişin edilməsidir.
Çünki Rusiya dəfələrlə Ermənistanı alətə çevirməklə Brüssel görüşünün nəticələrini gözdən salmağa cəhd edirdi. Son görüş zamanı liderlərin əldə etdiyi razılaşmalardan biri də görüşün mütəmadi xarakter daşıması növbəti görüşün iyul- avqust aylarında bir daha keçirilməsi ilə bağlı razılığın əldə olunmasıdır. Bu format artıq Ermənistanın heç bir prosesdən yayınmağa və əlavə eleməntlər qatmağa imkan verməyəcək”.

Anar Əliyev hesab edir ki, bu görüş tarixdə Ermənistan-Azərbaycan münasibətlərini tənzimlənməsini istiqamətində əsas dönüş nöqtəsi kimi qiymətləndiriləcək.

Görüşdə digər bir neçə mühüm nəticələr də oldu. “Dağlıq Qarabağ” terminin bir daha vurğulanmaması, “status” anlayışının müzakirə mövzusu olmaması, Qarabağda etnik erməni əhaliyiə hüquqların və təhlükəsizlik qarantisinin verilməsi ilə bağlı fikirlər də səsləndirildi.

Bunu Azərbaycan da dəfələrlə bəyan edib ki, digər vətəndaşlar kimi Qarabağ ərazisində yaşayacaq Azərbaycanın qanunlarına tabe olan erməni əsilli vətəndaşların hüquqları və təhlükəsizliklərindən yanlız Azərbaycan tərəf çıxış edə bilər. Bu Azərbaycanın heç kim tərəfindən pozula bilməyəcək hüququdur. Görüşdə mina təhlükəsi və Birinci Qarabağ müharibəsindən başlayaraq günümüzə qədər itkin düşmüş insanların taleyini bir daha gündəmə gətirilib, müzakirə edilib.

Hesab edirəm ki, bu görüşün çox ciddi praktik nəticələrlə yadda qaldı. Biz artıq Ermənistan Azərbaycanla arasında münasibətlərin tənzimlənməsinin bəyanatlar mərhələsindən real, əməli- fəaliyyət mərhələsinə keçirilməsinin şahidi ola biləcəyik”,- deyə o vurğulayıb.

Şəbnəm Zahir