"İran hakimiyyəti etirazları etnik qruplarla hesablaşmaq imkanı kimi dəyərləndirir"

"İran artıq iki gündür Türklər, Ərəblər və Kürdlər yaşayan vilayətlərdə etirazçılara qarşı döyüş zonalarında belə qadağan olunmuş zəhərli qazdan istifadə edir. Bu mürəkkəb təsirli qıcıqlandırıcılar qrupuna aid xlorobenzalmalondinitril kimyəvi qazdır. Qadağan olunmuş bu kimyəvi qaz havasızlıq, nəfəs yollarını yandırma, ürəkçatışmazlığı kimi fəsadlarla etirazçıları zəhərləyir və öldürür.
Ən ciddi fəsadlarından biri isə reproduktiv sistemin sıradan çıxarmasıdır".

Bunu AzNews.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

"Yerli insan haqqları təşkilatlarının məlumatlarına görə, təhlükəsizlik qüvvələri etirazlarda ən çox qadın və uşaqları Azərbaycan Türkləri, ərəblər və kürdlərin yaşadığı bölgələrdə öldürürlər. Etirazlar bütün İran boyu davam etsə də, reproduktiv sistemi sıradan çıxaran qadağan olunmuş kimyəvi qazın istifadəsi, öldürülənlərin, xüsusi ilə öldürülmüş qadın və uşaqların digər millətlərin yaşadığı bölgələrdə olmasını nəzərə alsaq, demək, İran hakimiyyəti bu etirazları etnik qruplarla hesablaşmaq üçün yeni bir imkan kimi dəyərləndirir", - deyə Y. Hacıyeva əlavə edib.

Politoloq vurğulayıb ki, bunda isə günah İran hakimiyyəti ilə paralel, BMT İnsan Haqları Şurası, BMT İnsan Haqları komissarı və çoxmilyardlıq beynəlxalq insan haqları industriyasının riyakarlığındadır.