Heç bir dövlət Fransanı normal dövlət kimi qəbul etmir Heç bir dövlət Fransanı normal dövlət kimi qəbul etmir

Fransa Ermənistanın lehinə regionda suları bulandırmağa çalışır - Ekspert

Heç bir dövlət Fransanı normal dövlət kimi qəbul etmir

“Dövlətlərin daimi dostları olmur, dövlətlərin maraqları olur. Bu baxımdan müxtəlif vaxtlarda bizim ABŞ, Rusiya, İran, Fransa hətta Türkiyə ilə belə münasibətlərimiz fərqli səviyyələrdə olub. Dövlətlər arası münasibətlərdə bu cür dalğalanmalar əslində təbiidir. Azərbaycan bütün dövlətlər ilə xoş münasibətlərdə maraqlıdır. Nəzərə alsaq ki, geo-siyasi mövqeyi və etibarlı tərəfdaş olması dünya dövlətlərinin diqqətindədir. Əlbəttə qərəzdən uzaq obyektiv dünya dövlətlərinin bir çoxu bizlə əməkdaşlıqda maraqlıdırlar. Bizdə adətən onların uzatdığı əli ya tuturuq ya da özümüz əl uzadırıq. Necə ki, Vətən müharibəsindəki qələbəmizdən sonra qalib tərəf olmağımıza baxmayaraq, Ermənistana biz sülh əli uzatdıq".

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib.

O qeyd edib ki, ABŞ başa düşür ki, regiondakı maraqlarını təmin etmək üçün Azərbaycan ilə dil tapmalıdır.

“Rəsmi Bakı bu gün regionun əsas geo-siyasi oyunçusudur. Belə olduğu halda Bakı ilə Vaşinqton arasındakı ziddiyyətlər özünə ziyandır. Eyni zamanda ABŞ-ın uzun müddət davam edən qərəzli mövqeyi də başa düşüləndir, çünki ABŞ Azərbaycana təsir edə bilmir. Ermənistana təsir edir, öz maraqlarını təmin etmək üçün regionun ən zəif bəndindən istifadə edir. Təbii ki, bu da Azərbaycanla münasibətlərdə ziddiyyətə səbəb olur. Fransanın hazırkı hakimiyyətini bu gün demək olar ki, heç bir dövlət normal dövlət kimi qəbul etmir. Türkiyə, Rusiya, Pakistan Fransa haqda tənqidi fikirlər səsləndirməkdədirlər. Fransanın neokolonializm siyasəti, ayrı regionlarda keçirdiyi vandallıq siyasəti bizə məlumdur. Yenə də Fransa uzun illərdə hətta Minsk qrupunun həmsədri olduğu illərdəki kimi yenə də Ermənistanın lehinə regionda suları bulandırmağa çalışır. Rusiyanın regiondakı təsir gücünün azalmasına çalışır. Bunun üçün də heç düşünmədən Ermənistanı qurban verir. Fransa ilə münasibətlərin düzəlməsi deməzdim ki, istisnadır. Çünki biz heç bir dövlətlə ziddiyyət və gərginlikdə maraqlı deyilik. Yetər ki, haqq səsimizi eşitsinlər, bizə qarşı obyektiv olsunlar”.

Rəfiqə NAMAZƏLİYEVA