“İrana təzyiqdən geriyə addım: Tramp yeni strategiya axtarışındadır?”

“Trampın birinci hakimiyyəti dövründə İrana qarşı “maksimum təzyiq” siyasəti həyata keçirilmişdi. Bu siyasətin nəticəsində İran ciddi iqtisadi çətinliklərlə üzləşdi: ÜDM kəskin azaldı, bir sıra sənaye sahələri böhran yaşadı və milli valyuta əhəmiyyətli dərəcədə dəyər itirdi. Hazırda yenidən prezidentliyə namizəd olan Tramp seçkiqabağı çıxışlarında bu siyasəti davam etdirəcəyini bildirir. Hətta qeyd edib ki, bu siyasət nəticə verməsə, İrana qarşı hərbi əməliyyatların başlanması ehtimalı da nəzərdən keçirilə bilər. Trampın seçki platforması olan “Proqram 2025” adlı sənəddə də həm İrana, həm də Çinə qarşı “maksimum təzyiq” siyasətinin davam etdiriləcəyi dəfələrlə vurğulanıb. Lakin son günlərdə diqqətçəkən bir məqam müşahidə olunur: Ağ Ev İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı bütün işlərin dayandırıldığını elan edib. Halbuki bu addımın öncəsində, may ayının əvvəlində ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etmişdi. Belə bir kəskin mövqe dəyişikliyi, təbii ki, təəccüb doğurur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Karolina Levitt bildirib ki, İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı bütün işlər dayandırılıb. Trampın 2017–2021-ci illərdə həyata keçirdiyi “maksimum təzyiq” siyasəti yenidən dondurulub. Son sanksiya may ayında tətbiq olunmuşdu. HƏMAS-ın Tehrandakı nümayəndəsi Xalid əl-Qudumi isə ABŞ-İran razılaşmasının İranın güclənməsinə və Fələstinə daha çox dəstək verməsinə səbəb olacağını deyib.

Siyasi şərhçinin fikrincə, bu dəyişiklik Trampın Körfəz ölkələrinə səfəri və orada əldə olunan razılaşmalarla əlaqəlidir.

“Böyük ehtimalla Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri Trampdan İrana qarşı hərbi əməliyyatlara başlamamağı xahiş ediblər. Bu barədə İsrail mətbuatında da bəzi məlumatlar yer alıb. Məhz həmin səfərdən sonra Tramp tərəfindən ABŞ-İran danışıqları ilə bağlı müəyyən müsbət siqnallar verilməyə başlandı. Görünən budur ki, Körfəz ölkələri Trampı inandıra biliblər ki, İrana qarşı mümkün hərbi əməliyyatlar təkcə bu ölkəyə deyil, bütün regiona zərər verəcək. Körfəz ərəbləri yaxşı anlayırlar ki, ABŞ və ya İsrail tərəfindən İrana ediləcək hərbi hücum halında onlar da potensial hədəfə çevrilə bilərlər. Bu səbəbdən bölgə ölkələri müharibə riskini minimuma endirmək üçün diplomatik yolla təsir göstərməyə çalışırlar. Təbii ki, Trampın İranla bağlı siyasətində yumşalmaya getməsi yalnız Körfəz ölkələrindən aldığı milyardlarla dollarlıq investisiyalarla bağlı deyil. Böyük ehtimalla vasitəçilər ABŞ-ın geri çəkilməsi halında İran tərəfinin də müəyyən güzəştlərə gedəcəyinə dair təminatlar veriblər. Əgər bu belədirsə, yaxın vaxtlarda İran-ABŞ münasibətlərində yumşalma və diplomatik irəliləyişlər müşahidə edə bilərik. Əks halda, əgər Tehran razılaşmalara əməl etməsə, Tramp üçün bu gün dondurulmuş “maksimum təzyiq” siyasətini yenidən bərpa etmək çətin olmayacaq. Trampın birinci hakimiyyəti dövründə İrana qarşı “maksimum təzyiq” siyasəti həyata keçirilmişdi. Bu siyasətin nəticəsində İran ciddi iqtisadi çətinliklərlə üzləşdi: ÜDM kəskin azaldı, bir sıra sənaye sahələri böhran yaşadı və milli valyuta əhəmiyyətli dərəcədə dəyər itirdi”.

Siyasi şərhçi əlavə edib ki, prezidentliyə namizədliyini irəli sürən Tramp seçkiqabağı çıxışlarında bu siyasəti davam etdirmək niyyətində olduğunu vurğulayıb:

“Hətta qeyd edib ki, bu siyasət nəticə verməsə, İrana qarşı hərbi əməliyyatların başlanması ehtimalı da nəzərdən keçirilə bilər. Trampın seçki platforması olan “Proqram 2025” adlı sənəddə də həm İrana, həm də Çinə qarşı “maksimum təzyiq” siyasətinin davam etdiriləcəyi dəfələrlə vurğulanıb. Lakin son günlərdə diqqətçəkən bir məqam müşahidə olunur: Ağ Ev İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı bütün işlərin dayandırıldığını elan edib. Halbuki bu addımın öncəsində, may ayının əvvəlində ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etmişdi. Belə bir kəskin mövqe dəyişikliyi, təbii ki, təəccüb doğurur. Fikrimizcə, bu dəyişiklik Trampın Körfəz ölkələrinə səfəri və orada əldə edilən razılaşmalarla bağlıdır. Böyük ehtimalla Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri Trampdan İrana qarşı hərbi əməliyyatlara başlamamağı xahiş ediblər. Bu barədə İsrail mətbuatında da bəzi məlumatlar yer alıb. Məhz həmin səfərdən sonra Tramp tərəfindən ABŞ-İran danışıqları ilə bağlı müəyyən müsbət siqnallar verilməyə başlandı. Görünən budur ki, Körfəz ölkələri Trampı inandıra biliblər ki, İrana qarşı mümkün hərbi əməliyyatlar təkcə bu ölkəyə deyil, bütün regiona zərər verəcək. Körfəz ərəbləri yaxşı anlayırlar ki, ABŞ və ya İsrail tərəfindən İrana ediləcək hərbi hücum halında onlar da potensial hədəfə çevrilə bilərlər. Bu səbəbdən bölgə ölkələri müharibə riskini minimuma endirmək üçün diplomatik yolla təsir göstərməyə çalışırlar”.

Siyasi şərhçi sonda vurğulayıb ki, Trampın İranla bağlı siyasətində yumşalmaya getməsi, təbii ki, yalnız Körfəz ölkələrindən aldığı milyardlarla dollarlıq investisiyalarla bağlı deyil:

“Böyük ehtimalla vasitəçilər ABŞ-ın geri çəkilməsi halında İran tərəfinin də müəyyən güzəştlərə gedəcəyinə dair təminatlar veriblər. Əgər bu belədirsə, yaxın vaxtlarda İran-ABŞ münasibətlərində yumşalma və diplomatik irəliləyişlər müşahidə edə bilərik. Əks halda, əgər Tehran razılaşmalara əməl etməsə, Tramp üçün bu gün dondurulmuş “maksimum təzyiq” siyasətini yenidən bərpa etmək çətin olmayacaq”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az