- Müşahidə məntəqəsi
- 10 İyun 16:08
- 1 552
"Rusiya daxildə çökürmü?" – Əziz Əlibəylidən açıqlama

“Burada unikal bir yanaşma var. Bu, Rusiyanın son zamanlar əslində ciddi təsirlər altına düşməsi ilə bağlıdır. Amma məsələnin bir qədər də dərin mahiyyətini izah etmək lazımdır. Rusiya döyüş meydanında tamamilə uduzmur. Lakin bu müharibəni, əslində, daxildə uduzur. Çünki Ukrayna strateji olaraq Rusiyanı tam şəkildə geri çəkilməyə məcbur edə bilmədi. Rusiya isə qərar verdi ki, döyüşü öz şəhərlərində uduzmasın. Son hərbi əməliyyatlarda atdığı addımlarla da bunu göstərdi”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.
Qeyd edək ki, Putin bildirib ki, Ukraynanın terror hücumları fonunda danışıqlar və atəşkəs təklifi absurddur. O, Bryansk və Kurskdakı hücumları dinc əhaliyə qarşı yönəlmiş adlandırıb. Zelenski Putinlə görüşə hazır olduğunu deyib. Tramp isə hər iki liderlə danışıqlara açıqdır.
Siyasi şərhçi qeyd edib ki, bu mənada əsas diqqət daha çox prosesin Rusiya cəmiyyətində Putinə olan inamın azalması fonunda baş verməsinə yönəlməlidir.
“Bu, əslində, çox ciddi bir prosesdir. Amma burada əsas sual odur ki, Ukraynanın resursları və potensialı bu prosesi nə qədər davam etdirməyə imkan verəcək? Digər tərəfdən, Rusiyanın danışıqlara hazır olub-olmaması da müzakirə mövzusudur. Burada söhbət Ukrayna ilə sülh danışıqlarına başlamaqdan gedir, yoxsa bu, əslində, yeni bir strateji və taktiki manevrə, silah istifadəsi üçün yeni imkanlar yaratmaq cəhdidir? Bu günə qədər verdiyimiz proqnozlar bəzən bizi ya düzgün, ya da yanlış istiqamətə yönəldib. Ona görə də Rusiyanın konkret planını tam oxumaq çətindir. Amma aydın olan budur ki, hazırkı vəziyyət Rusiyanın daxilində, təhlükəsizlik strukturları və daxili siyasi proseslər üzərində qurulub. Buna görə də Rusiyanın cəbhədə atdığı hər bir addım, daxildəki vəziyyətin davamı kimi başa düşülməlidir. Bu sualın növbəti cavabı da məhz bu kontekstdə axtarılmalıdır.”
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az