- Müşahidə məntəqəsi
- 10 İyul 18:03
- 1 343
"İndi şərtlər fərqlidir" - RƏY

"Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Əbu-Dabi görüşünün yekunlarına dair məlumat yayıb. Məlumatda ən çox diqqəti cəlb edən məqamlardan biri ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğunun təsdiqlənməsidir".
Bu barədə AzNews.az-a siyasi şərhçi Araz Aslanlı açıqlama verib. O, deyib:
"Aydındır ki, bu məsələ deyildiyi qədər sadə deyil. "Vasitəçilik" maskası altında problemləri yaradanlar və onun ömrünü uzatmağa çalışanlar bunu qəbul etmək istəməyəcəklər. 1999-cu, 2001-ci və sonrakı illərdə birbaşa dialoqlara hansı təxribatlarla cavab verildiyini xatırlayırıq. Amma indi şərtlər də fərqlidir. Azərbaycanın uğurlu xarici siyasət və təhlükəsizlik siyasəti ilə yaratdığı yeni regional reallıq, Paşinyan hakimiyyətinin bu reallığı əsasən anladığına dair ümumi mənzərə və Türkiyə başda olmaqla bəzi dövlətlərin bu prosesə müsbət töhfəsi gələcək üçün ümidlər yaradır.
Tərəflərin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəlməsi də önəmlidir. Ümid edək ki, bütün bu proseslər bölgəmizə dayanıqlı sülhün gəlməsini təmin edəcək".
AzNews.az