- Müşahidə məntəqəsi
- 16:39
- 1 925
"Belə ikiüzlü siyasət İrana hörmət gətirməyəcək" - Siyasi şərhçi

"Ötən həftə İƏT-in Xankəndidə keçirilən sammitində İranın prezidenti şəxsən iştirak etdi, onun fotoları mediada və sosial şəbəkədə rəğbətlə paylaşıldı. Bu həftə isə İranın Ermənistandakı səfiri Mehdi Sobhani “Armenpress” agentliyinə verdiyi müsahibədə deyib ki, məzmununda Ermənistanın ərazi bütövlüyünə zidd gələn süni formullar daşıdığına görə Xankəndi sammitində qəbul olunan sənəd İranın mövqeyinə ziddir".
Bu barədə AzNews.az-a siyasi şərhçi Vüsal Məmmədov açıqlama verib. V. Məmmədov daha sonra deyib:
“Ermənistanın ərazi bütövlüyünə zidd gələn süni formullar” deyəndə isə Sobhani hazırkı Ermənistan ərazilərindən didərgin salınmış azərbaycanlıların qayıdış hüququnu nəzərdə tutur.
Xankəndidə həmin sənəd qabaqcadan İran tərəfi ilə razılaşdırılmışdı axı. Nədir, oxumadan qol çəkiblər? Yoxsa səfir öz prezidentini saymır? Belə ikiüzlü siyasət İranın Azərbaycan xalqının gözündə hörmət qazanmasına heç vaxt imkan verməyəcək. İran əgər həqiqətən Azərbaycanla normal qonşuluq və dostluq münasibətləri qurmaq istəyirsə, bir qədər dürüst, vicdanlı siyasət yürütməlidir. Çünki Azərbaycan xalqı dürüstlüyü və vicdanlı davranışları sevir".
AzNews.az