- Müşahidə məntəqəsi
- 19:49
- 2 002
İranın ABŞ-yə şərtləri isə çox gülməlidir - Nigar Sabirqızı
"Tramp müharibəni bitirmək üçün İrana açıq qapı buraxmışdı, Tehran o qapını bağladı. Hər halda İrandan verilən rəsmi açıqlama belədir. İranın ABŞ-nin şərtlərini yerinə yetirməsi mümkün görünmürdü. Bu şərtləri qəbul etmək Tehranın məğlubiyyəti demək olardı".
Bu barədə AzNews.az-a jurnalist Nigar Sabirqızı açıqlama verib. Sabirqızı bildirib:
"İranın ABŞ-yə şərtləri isə çox gülməli idi. Vaşinqtonuj bunu qəbul edəcəyini yəqin heç uşaq da düşünməzdi. Əsıində, yəqin ki, Tramp da İranla danışıqların baş tutmayacağını bilirdi, sadəcə bölgəyə yeni qüvvə toplamaq üçün 5 günlük fasilə götürdü. Adını da qoydu ki, danışıqlar aparılır. Bu həm də artan neft qiymətlərini tənzimləmək üçün idi. Son məlumatlara görə, ABŞ bölgəyə 3 minə yaxın əsgər göndərir. Ehtimal ki, ABŞ İranın Xarq adasına quru hücumu həyata keçirəcək. Məncə, hücum bu həftə sonu ola bilər. Nəzərə alsaq ki, şənbə-bazar dünya birjaları da bağlı olur. Belə görünür ki, müharibə səngimək əvəzinə daha da böyüyür. Hər iki tərəfin qəbuledilməz şərtləri bunu deməyə əsas verir".
AzNews.az