- Göz önü
- 8 Noyabr 2018 12:14
- 1 618
“Sahibkarlar üçün sığorta faizi aşağı salına bilər” - Hadı Rəcəbli
"Həmin insanların sığortaya cəlb olunması gözlənilir".
Bu gün Azərbaycanda bir milyondan çox qeyri-leqal məşğulluq var və həmin insanların sığortaya cəlb olunması gözlənilir.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, qeyri-leqal məşğulluğun azaldılması istiqamətində sahibkarlar üçün sığorta faizinin aşağı salınması gözlənilir. H.Rəcəblinin sözlərinə görə, vergi tətbiqolunmasında, sığortaların alınmasında köklü islahatların aparılması gözlənilir.(trend.az)
AzNews.az