Hazırda aparılan söküntü işləri çəçivəsində park yenidən qurulacaq. Hazırda aparılan söküntü işləri çəçivəsində park yenidən qurulacaq.

Sabiq deputatın restoranını sökürlər - BŞİH açıqlama verdi

Hazırda aparılan söküntü işləri çəçivəsində park yenidən qurulacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun əmrinə əsasən, “Gəncilk” metrostansiyasının çıxışından Ayna Sultanova heykəlinə doğru uzanan Atatürk prospektindəki eyniadlı parkda yenidənqurma işlərinə start veilib.

BŞİH-dən bildirilib ki, hazırda aparılan söküntü işləri çəçivəsində park yenidən qurulacaq:

“Ərazidə müəyyən sayda yeni və müasir obyektlər salınacaq. Bunlar əsasən istirahət guşələri, uşaqlar üçün əyləncəli oyunlar, çayxanalardan ibarət olacaq”.

Qeyd edək ki, hazırda ərazidə olan kiçik, xarici görünüşü standartlara cavab verməyən obyektlər sökülür.

Adıçəkilən ərazidə söküləcək obyektlər arasında sabiq millət vəkili Fərhad Qəribovun "Billur" restoranı da var.

© AzNews.az