Vəkillər Kollegiyasının rəhbərliyi yeni vəkil qurumunun açılışında - FOTOLAR

Vəkilləri maraqlandıran suallar cavablandırılıb, müxtəlif mövzularda müzakirələr aparılıb.

Bugün Vəkillər Kollegiyasının rəhbərliyi “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosunun açılış mərasimində iştirak edib.

Qonaqları yeni fəaliyyətə başlamış büronun ofisi ilə tanış edən direktor Faiq Nağıyev görülmüş işlər barədə məlumat verib, vəkillərin fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradıldığını, konfidensial görüş otaqlarının ayrıldığını, o cümlədən büronun müasir kompüter və digər avadanlıqlarla təchiz olunduğunu bildirib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov öz növbəsində yeni fəaliyyətə başlamış büroda aparılmış işləri və təchizatı yüksək qiymətləndirib, bu qurumun indiyədək fəaliyyət göstərən vəkil qurumları arasında ən nümunəvi, yüksək beynəlxalq standartlara uyğun təchiz olunmuş büro olduğunu, bu halın qürurverici olduğunu qeyd edib. Kollegiyanın sədri vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin fəaliyyət göstərdikləri qurumlardakı iş şəraitinin yüksək standartlara cavab verməsinin əhəmiyyətini, bu məsələnin Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamında da öz əksini tapdığını bildirib, Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər barəsində məlumat verib.

Bundan başqa, görüş zamanı Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemlər və vəkillik fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri dinləyib, vəkilləri maraqlandıran suallar cavablandırılmış, müxtəlif mövzularda müzakirələr aparılıb.

AzNews.az

image description image description image description image description