“İlham Əliyev tərəfindən çoxistiqamətli islahatlar prosesinə başlanılıb” - Fərid Şahbazlı

“Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında bu faktorlar dayanır”

Fransanın nüfuzlu “Opinion Way” şirkətinin Azərbaycanda keçirilən son prezident seçkilərindən keçən bir ildə Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin fəaliyyətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə keçirdiyi geniş rəy sorğusu xarici KİV-lərin də diqqət mərkəzindədir.

Latviyanın nüfuzlu “Baltic Times” Media Qrupu və Əfqanıstanın nüfuzlu ingilisdilli “Afghanistan Times” qəzeti sorğuya geniş yer ayıraraq, nəticələrə əsasən Prezident İlham Əliyevin bir il əvvəlki reytinqini və seçicilərinin yüksək etimadını daha da artırdığını yazıb.

Latviyanın “Baltic Times” Media Qrupu və Əfqanıstanın “Afganhistan Times” qəzeti Prezident İlham Əliyevin seçkilərdən keçən ötən 1 ildəki fəaliyyəti və “Opinion Way” şirkətinin keçirdiyi sorğunun nəticələri ilə əlaqədar “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının da açıqlamasını dərc edib.

F.Şahbazlı xarici KİV-lərə açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin seçkilərin təbliğat-təşviqat dövründə açıqladığı proqram son 1 il ərzində olduqca uğurla icra edilib. F.Şahbazlı bildirib ki, Prezident İlham Əliyev tərəfindən genişmiqyaslı və çoxistiqamətli islahatlar prosesinə başlanılıb:

“Bu müddət ərzində dövlət başçısı tərəfindən xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Bu gün Azərbaycan həm sosial, həm siyasi, həm də iqtisadi sahədə dünyaya inkişafın yeni modelini nümayiş etdirir. Prezident bütün sosial qruplardan olan vətəndaşlarla birbaşa təmasa girərək, onların problemlərini öz dillərindən eşidir və operativ reaksiya verir. Bütün bunlar Prezidentin xalq arasındakı yüksək nüfuzunu şərtləndirən amillərdəndir”.

Fərid Şahbazlı bildirib ki, Prezident İlham Əliyevin xarici siyasəti milli maraqların qorunması, eyni zamanda dünya dövlətləri ilə sıx əməkdaşlıq, qarşılıqlı hörmət və dəstək prinsipi əsasında qurulub. F.Şahbazlının sözlərinə görə, Azərbaycan tərəfindən təməli qoyulan regional əhəmiyyətli mühüm layihələr olan TANAP, Bakı-Tbilisi-Qars dəmiryolu, TAP, Cənub Qaz Dəhlizi və bu kimi digər böyük layihələr məhz Prezident Əliyevin prinsipial mövqeyinin nəticəsində reallaşıb:

“Bu layihələr iqtisadi səmərə verməklə yanaşı, xalqları bir-birinə yaxınlaşdırır, mədəniyyətləri bir-birinə qovuşdurur. Azərbaycan dünya üçün eyni zamanda, tolerant, multikultural bir ölkədir. İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında bu faktorlar dayanır. Dövlət başçısı 1 il ərzində 16 xarici səfər edib. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfərə gəlib. Elə təkcə bu fakt bu il Azərbaycanın beynəlxalq əlaqələrinin vəziyyəti haqqında hər şeyi deyir”.(editor.az)

AzNews.az

image description