Hər hansı bir vəkil Kollegiya üzvlüyündən xaric olunmayıb Hər hansı bir vəkil Kollegiya üzvlüyündən xaric olunmayıb

2018-ci il üzrə vəkillərin intizam icraatına dair STATİSTİKA

Hər hansı bir vəkil Kollegiya üzvlüyündən xaric olunmayıb

2018-ci təqvim ili ərzində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə 597 şikayət və müraciət daxil olmuşdur. Həmin şikayət və müraciətlər üzrə Rəyasət Heyəti tərəfindən ilkin araşdırma nəticəsində 323 (54,1%) müraciət üzə əsas olmadığından intizam icraatının başlanılmamış, 274 (45,9%) şikayət və müraciət üzrə əsas olduğundan intizam icraatı başlanılaraq araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Həmin müraciətlərin 33-ü (12%) dövlət orqanlarından, 14-ü (5,1%) qeyri-dövlət orqanlarından və 227-i (82,8%) vətəndaşlardan daxil olmuşdur. Vəkillərin İntizam Komissiyasında 92 (33,6 %) intizam icraatı üzrə vəkillər tərəfindən peşə borcunu həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun, digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulduğu müəyyən edilmiş, 72 (26,3 %) intizam icraatı üzrə araşdırma nəticəsində qiymət vermək mümkün olmamış, 58 (21,2%) intizam icraatı üzrə pozuntu müəyyən edilməmiş, 17 (6,2 %) intizam icraatı üzrə icraata xitam verilmiş, 1 (0,7 %) intizam icraatı üzrə icraat dayandırılmış və 34 (12,4 %) intizam icraatı üzrə araşdırma 2019-cu ildə davam etdirilmişdir.

Rəyasət Heyəti tərəfindən pozuntu müəyyən edilən 71 intizam icraatı üzrə 29 (40,8%) şikayət və müraciətin mahiyyətini, pozuntunun dərəcəsini və digər halları nəzərə alaraq intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq verilməklə kifayətlənmiş, 9 (12,7%) intizam icraatı üzrə irad tutma, 15 (21,1%) intizam icraatı üzrə töhmət və 12 (16,9%) müəyyən müddətə vəkilin fəaliyyətinin dayandırlması intizam tənbehi tətbiq edilmişdir. Həmçinin 6 (8,5%) intizam icraatı üzrə Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduğundan Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edilmişdir. Sonuncu qeyd edilən 6 intizam icraatlarından 5 intizam icraatı vəkillər tərəfindən Vəkillər Kollegiyasına üzvlük haqlarını üzrsüz səbəbdən altı aydan artıq müddətə ödəmədiyindən, digər sonuncu intizam icraatı üzrə isə qərar vətəndaş tərəfindən daxil olmuş şikayət əsasında qəbul edilmişdir.

Göründüyü kimi, 2018-ci il ərzində dövlət orqanlarından daxil olmuş müraciətlər əsasında hər hansı bir vəkilin Kollegiya üzvlüyündən xaric olunması ilə bağlı qərar qəbul edilməmişdir.(barassociation.az)

AzNews.az