Hər bir vətəndaşın gündəliyə təklif vermək hüququ da tanınırdı Hər bir vətəndaşın gündəliyə təklif vermək hüququ da tanınırdı

Əliməmməd Nuriyev: Birbaşa demokratiyanın SƏLİS tətbiqi

Hər bir vətəndaşın gündəliyə təklif vermək hüququ da tanınırdı

1863-cü ildə ABŞ prezidenti Linkoln məhşur Hettisberq nitqində demokratiyanı “xalq üçün xalq tərəfindən həyata keçirilən xalq hakimiyyəti” kimi xarakterizə etmişdi.

Linkoln bu zaman nümayəndəli ABŞ demokratiyasını nəzərdə tuturdu. Amma onun firki bilavasitə birbaşa demokratiya anlayışının açması kimi də qiymətləndirilə bilər. Birabaşa demokratiya Qədim Yunanıstanın irsi olaraq bu gün də vətəndaş iştirakçılığı, ictimai iştirakçılıq mexanizmlərinin hazırlanmasımda əsas prinsp kimi götürülür. Birbaşa demokrtaiyada “Vox pópuli vox Déi” (Xalqın səsi Allahın səsidir!) prinsipi əsas götürülürdü. Nəzəri olaraq bu sistem hər bir Afina vətəndaşına dövlətin idarəedilməsində bilavasitə iştirak üçün imkan yaradırdı. Afinda dövlətin idarəolunması və siyasəti ilə bağlı qərarlar Xalq Şuralarında qəbul edilirdi. Xalq Şuralarına gələn insanlar bilavasitə səs verirdilər. Şuranın qərarı son qərarıydı, appelyasiya imkanları da yoxuydu.

Hər bir vətəndaşın gündəliyə təklif vermək hüququ da tanınırdı. Hələ də, birbaşa demokratiyanın üstünlüklləri və qüsurları müzakirə predmeti olaraq qalır. Amma Afina demokratiyası təcrübəsindən bu gün də istifadə olunur və referendumlar, vətəndaşların qanunvericilik təşəbbüsü ilə çıxış etməsi, petisiyalar vasitəsilə hökumətə müraciəti, vətəndaş, ictimai iştirakçılıq təsisatlarının yaradılması, ictimai müzakirə və dinləmələrin keçirilməsi bu təcrübədən qaynaqlanır.

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı birbaşa demokratiya və iştirakçılıq mexanizmlərinin yaradılmasında inqilabi yeniliklərə nail olmağa imkan verib. Müasir texnologiyalar konkret məsələlərlə bağlı hər bir vətəndaşa öz rəyni, mövqeyini ifadə etməyə imkan yaradır. Müasir dövrümüzdə fərd-dövlət-biznesin maraqları arasında optimal harmoniyanın yaradılması, ictimai maraqların daha etibarlı qorunması zərurəti idarəetmənin əsas problemlərindən biri kimi qarşıda durur. Hazırda dövlət və hökumət qərarlarına təsir etmək iqtidarında olan maraq qruplarının artması, ictimai rəylə manipulyasiylalar, lobbiçilik fərdin və ictimai maraqların daha etibarlı qorunması, inkişaf problemləri ilə bağlı konsensus əldə edilməsində yeni çağırışlar yaradıb. Bu çağırışlara adekvat cavab verilməsi üçün bir sıra yanaşmalar və təşəbbüslər meydana çıxıb. Bu təşəbbüslər və ideyaların əsasında vətəndaş iştirakçılığı üşün effektiv mexanizmlər yaradılması, vətəndaş iştirakçılığının stimullaşdırılması, ictimai nəzarət təsisatlarının yaradılması durur. Bu zaman əsas vəzifə kimi qarşıda şəffaflığın, informasiya açıqlığının təmin edilməsi, vətəndaşların bilgiləndirlməsi durur.

Yalnız şəffaflığın, informasiya açıqlığının təmin edilməsi deyil, onun vətəndaş üçün əlçatan olması, vətəndaşın asan yolla əldə edə bilməsi əsas vəzifə kimi nəzərdən keçirilir. Hesab olunur ki, bu məlumatlanmış, bilgi əldə etmək imkanları olan vətəndaş dövlət idarəçiliyində iştirak etməkdə maraqlı olacaq, dövlət həm də məsuliyyəti vətəndaşla bölüşəcək. Vətəndaşlar onların mənafelərinə toxunan qərarların verilməsində iştirak etmək üçün dolğun məlumata bilgilərə malik olmaq və qərarların verilməsində iştirak etmək imkanı əldə edəcəklər. Beynəlxalq Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü, Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü, qlobal miqyasda bu modellərin tətbiqi sayıla bilər. Bu cür təşəbbüslər həm hökuməti, həm də vətəndaşları məsliyyət daşıyan tərəflər kimi nəzərdə tutur. Vətəndaşlara isə hökuməti cavabdeh saxlamaqla bərabər özlərinin də məsuliyyətini ön plana çıxarır.

Azərbaycan Konstitusiyasında bu prinsiplərin hər biri əks olunub. 2014-cü ildən iyunun 1-dən qüvvəyə minən AR “İctimai iştirakçılıq haqqında” qanunun vətəndaş, ictimai iştirakçılığın normativ- əsaslarını və mexanizmlərini müəyyən edib. İctimai Şuraların yaradılması, ictimai dinləmələr, ictimai iştirakçılıq, yazılı məsləhətləşmələr ictimai rəyin öyrənilməsi ictimai iştirakçılıq formaları kimi müəyyən edilib. Qanuna görə, vətəndaşların özləri heç bir təşkilat, birlik yaratmadan, özlərinin təşəbbüsü ilə ictimai dinləmə, müzakirə təşkil edə bilərlər. Azərbaycan, həmçinin Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı
Təşəbbüsünün üzvüdür, beynəlxalq standartlar əsasında illik Hasilat Sənayesində Şəffaflıq Hesabatları hazırlanır.

Lakin Azərbaycan və digər ölkələrin təcrübəsi göstərir ki, bunlar da vətəndaş iştirakçılığın geniş miqyasda təmin olunması üçün yetərli deyil. Mövcud vəziyyətdə ən effektiv yol kimi elektron vətəndaş iştirakçılığı nəzərdən keçirilir. Texnoloji inkişaf bir çox problemlərin həllinə imkan yaradır. Artıq vətəndaşlar kompüter qarşısında, heç yerə getmədən müxtəlif sahələrdə qərarlarla bağlı öz fikirlərini ifadə edə bilirlər. Elektron vətəndaş iştirakçılığı birbaşa demokratiyanın bütün prinsiplərini saxlamaqla vətəndaşa öz evindən, iş yerindən mövqe bildirməyə imkan yaradır. Bu zaman qədim Yunanıstan demokratiyasının 3 əsas prinsipi təmin olunur: Qanun qarşısında bərabərlik, vətəndaş hüquqlarının həyata keçirilməsində bərabərlik, Xalq Şurasında çıxış etmək üçün bərabər imkanlar. Texnoloji imkanlar vətəndaş üçün bu prinsiplər əsasında iştirakçılığa institusional və normativ əsaslar yaradır.

Bu baxımdan Azərbaycan təcrübəsində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaratdığı SƏLIS ( Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sistemi) ölkəmiz və beynəlxalq miqyasda innovativ addım kimi dəyərləndirilə bilər. Bundan əvvəl birbaşa demokratiya, vətəndaş iştirakçılığı, ictimai nəzarət barədə ətraflı bəhs etməyimiz məhz SƏLİS-in əhəmiyyətini və vacibliyini diqqətə çatdırmaq məqsədi daşıyırdı.

SƏLIS multifunksional sistem olaraq, unikal platforma kimi həm QHT-lər üçün bütün prosedurları elektron formada həyata keçirməyə, xidmətləri elektron şəkildə almağa imkan verir, həm də vətəndaşlar üçün təqdim olunan layihə təkliflərinin qiymətləndirilməsində iştirakçılığı təmin edir. SƏLİS Şura tərəfindən təqdim olunan həm yeni electron, distant idarəetmə, həm də elektron vətəndaş iştirakçılığı sistemidir. SƏLİS unkial xüsusiyyətlərə malikdir, bir platformada şəffaflığın təmin edilməsi, elektronlaşmanı, informasiya açıqlığını, vətəndaş məmnunluğunu, vətəndaş iştirakçılığı əks olunub, üzvü vəhdətdə birləşib. Platformanın funksiyaları həm də ictimai rəyi, prioritetlərlə bağlı fikri öyrənməyə də imkan yaradır. Vətəndaşların layihə seçimləri bu barədə mülahizələr irəli sürməyə imkan verəcəkdir.

Bu sistem həm QHT-lər, həm də vətəndaşlar üçün şəffaflığı, elektron xidmətləri, informasiya əlçatanlığını, ictimai nəzarəti təmin edir. SƏLİS qədim yunan demokratiyası ənənələrini elektron fromada bərpa edərək hər bir vətəndaşa layihə təliflərini qiymətləndirmək imkanı təqdim edir. Bunun üçün çox asan qeydiyyat prosedurun keçmək kifayət edir. Azərbaycan təcrübəsində ilk dəfə olaraq vətəndaşlar dövlət büdcəsindən hansı layihələrin maliyyələşdirilməsinin qərar verilməsində birbaşa iştirak imkanı qazanıblar. Ümid edirik ki, Şuranın bu təşəbbüsü ictimai iştirakçılığın Azərbaycan təcrübəsinin inkişafına çox mühüm töhfə olmaqla vətəndaşlar tərəfindən də dəyərləndiriləcək.

Eyni zamanda Şura bir nümunə yaradıb və əminəm ki, bu təşəbbüs multipikativ effekt verəcək, digər dövlət qurumlarını bu cür addımlara motivasiya edəcəkdir.

Əliməmməd Nuriyev,
"Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri,
Açıq Hökumət Platformasınının koordinatoru