“Biz əminik ki, bu münaqişələr beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında tezliklə öz həllini tapacaq” “Biz əminik ki, bu münaqişələr beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında tezliklə öz həllini tapacaq”

"Azərbaycan Ermənistanın hərbi təcavüzündən əziyyət çəkir"

“Biz əminik ki, bu münaqişələr beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında tezliklə öz həllini tapacaq”

Silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Bu fikirləri Milli Məclisin Sədri Oqtay Əsədov Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin 53-cü Baş Assambleyasının iclasında deyib.

Sədr qeyd edib ki, Azərbaycan 25 ildən çoxdur Ermənistanın hərbi təcavüzündən əziyyət çəkir. “Biz əminik ki, bu münaqişələr beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında tezliklə öz həllini tapacaq”, - deyə O.Əsədov əlavə edib.

Milli Məclisin sədri qeyd edib ki, 26 il əvvəl yaradılmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Qara Dəniz bölgəsinin əmin-amanlıq və inkişaf zonasına çevrilməsi məqsədilə müxtəlif təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi baxımından çox böyük potensiala malik olduğunu sübut edib. Parlament Məclisinin iclasının 7 il sonra yenidən Bakıda keçirilməsinin və Qara Dəniz bölgəsində enerji məsələlərinə həsr olunmasının rəmzi mənası var. Bu 7 ildə Azərbaycanın yaxından iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat və enerji layihələri bölgənin iqtisadi mənzərəsinin dəyişdirilməsində mühüm rol oynayıb. Beynəlxalq və regional əməkdaşlığın gözəl nümunələri olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri, digər transmilli layihələr nəinki bölgəmizin, eləcə də Avropa qitəsinin iqtisadi xəritəsinin formalaşdırılmasında mühüm rol oynayır, onun enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir. Bu layihələr arasında 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin reallaşdırılması və TAP kəmərinin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Parlament Məclisi çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir”. (Azərtac)