"Biz istərdik ki, bununla bağlı mexanizmlər yaransın" "Biz istərdik ki, bununla bağlı mexanizmlər yaransın"

Afrikada 15 ildir siyahıda olan bir çox yerlər var ki... - Tanzaniya təmsilçisi

"Biz istərdik ki, bununla bağlı mexanizmlər yaransın"

"Biz bu sahədə aparılan işləri alqışlayırıq".

AzNews.az xəbər verir ki, bu sözləri UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında çıxışı zamanı Tanzaniya təmsilçisi deyib.

O, Tanzaniyanın nümayəndə heyətinin bu işlərə xüsusi olaraq qoşulduğunu deyib:

"Dialoq məşvərət orqanları ilə üzv dövlətlər arasında aparılmalıdır. Biz hesab edirik ki, şəffaflığın artırılması, hesabatlılığın daha da çoxaldılması üçün tövsiyələrin edilməsi vacibdir. Düşünürük ki, dialoqun aparılması uzun perspektivdəki strategiyamıza uyğundur. Bu, əhatəli bir məsələdir. Biz bundan nəticələr gözləyirik. Əvvəlki komitə sessiyalarında müzakirə edilən elə məsələlər var ki, onlar bu günə qədər həll edilməmiş qalıb. Bəzi sahələr var ki, onların təhlükədə olanlar siyahısından çıxarılması ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Biz istərdik ki, bununla bağlı mexanizmlər yaransın. Afrikada və qitəmizin müxtəlif yerlərində 15 ildir siyahıda olan bir çox yerlər var ki, həmin ərazilər üçün biz bu təmasları qurmalıyıq. Komitənin özü üçün də bu lazımdır. Effektiv dialoqun strategiyası vacibdir, qurulmalıdır və yerindəcə istifadə olunmalıdır".

Pərvanə Ağazadə

AzNews.az