Əbülfəs Qarayev bu gün müzakirə ediləcək mövzunu açıqladı

"Artıq sessiyanın 4-cü gününə başlanılıb"

Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası davam edir.

AzNews.az xəbər verir ki, sessiyada çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bu gün müzakirə ediləcək mövzunu açıqlayıb.

"Artıq sessiyanın 4-cü gününə başlanılıb. Bu gün səhər Büronun iclası oldu. Orada dünəndən açıq qalan Sunderbans və Keniyanın göl sistemi ilə bağlı 2 bəndin 12:30-da müzakirə ediləcəyi barədə qərar verildi. Hazırda isə Nepalda yerləşən Katmandu vadisinin vəziyyəti müzakirə olunacaq".

Daha sonra nazir sözü Asiya və Sakit Okean regionunun bölmə rəisinə verib.

Rəis məsələ ilə əlaqədar bölgədə nəzarət orqanlarının yaradılmalı olduğunu vurğulayıb.

Sessiya üzv dövlətlərin çıxışı ilə davam edir.

Pərvanə Ağazadə

AzNews.az