“Bu sənəd bizə ticarət əməkdaşlığını daha da gücləndirməyə imkan verəcək” “Bu sənəd bizə ticarət əməkdaşlığını daha da gücləndirməyə imkan verəcək”

“Azərbaycan və Türkiyə ticarət sazişi imzalayacaqlar” - Səfir

“Bu sənəd bizə ticarət əməkdaşlığını daha da gücləndirməyə imkan verəcək”

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə hökumətlərarası komissiyasının növbəti iclası 2019-cu ilin sonunadək baş tutacaq.

Bunu Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim deyib.

Onun sözlərinə görə, tərəflər hazırda görüşün keçirilmə tarixini razılaşdırırlar:

“Azərbaycan tərəfindən hökumətlərarası komissiyaya Baş nazir, Türkiyə tərəfindən isə ölkənin vitse-prezidenti başçılıq edir”.

Diplomat qeyd edib ki, Bakı və Ankara hazırda preferensial ticarət haqqında ikitərəfli sazişi imzalamaq üçün hazırlayır:

“Bu sənəd bizə ticarət əməkdaşlığını daha da gücləndirməyə imkan verəcək”.

X.İbrahim Bakı və Ankaranın müxtəlif sahələrdə - siyasi, hərbi, hərbi-sənaye, təhsil, mədəniyyət - qarşılıqlı münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib:

“Dövlətlərimiz arasında çox sıx və etibarlı münasibətlər mövcuddur. Diasporlarımız beynəlxalq arenada çox sıx əməkdaşlıq edirlər. Qarşılıqlı əmtəə dövriyyəsinin göstəriciləri ildən-ilə artır. Bununla belə, ölkələrimizin mövcud iqtisadi potensialları daha yüksək göstəricilərə nail olmağa imkan verir”.

Səfirin sözlərinə görə, Bakı və Ankara hərbi və hərbi-sənaye sahələrində əməkdaşlığın inkişafına önəm verir:

“Fikrimcə, hərbi sahədə sıx əməkdaşlığın parlaq nümunələrindən biri Azərbaycan Müdafiə nazirinin və bütün güc və hərbi-sənaye strukturları nümayəndələrinin İstanbulda iri beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmələridir”.

Təhsil sahəsində əməkdaşlığa toxunan X.İbrahim diqqətə çatdırıb ki, hazırda 20 mindən çox azərbaycanlı tələbə Türkiyənin ali məktəblərində təhsil alır.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il Azərbaycan və Türkiyə arasında əmtəə dövriyyəsi 3,4 milyard dollardan çox olub, bu da 2017-ci illə müqayisədə 28 faiz çoxdur.(oxu.az)

AzNews.az