Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycan Krımda keçirilən hər hansı “seçkilər”i tanımır - XİN

Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Krım yarımadasında keçirilmiş qondarma “yerli seçkilər”i şərh edib.

Nazirlikdən verilən məlumatda bildirilir:

"Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkilər”i tanımır".