Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür etdi

Fond tərəfindən ayrılan xüsusi ambulans təyyarə müvəffəqiyyətlə Türkiyə çatıb

Heydər Əliyev Fondunun dəstəyilə Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi artıq İstanbulda davam etdirilir. O bu gün xüsusi təyyarə ilə Türkiyəyə aparılıb.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev üçün Heydər Əliyev fondu tərəfindən ayrılan xüsusi ambulans təyyarə müvəffəqiyyətlə Türkiyə çatıb. Həkimlər və tibb personalı səfər boyunca onu müşayiət edib və vəziyyəti nəzarət altında saxlanılıb.

Həyat yoldaşı Firuzə Gülalıyeva da onunla birgə gedib. Baku TV-yə müsahibəsində Firuzə Gülalıyeva həyat yoldaşının müalicəsinin Türkiyədə davam etdirilməsinin təmin olunmasına görə Heydər Əliyev Fonduna təşəkkür edib

İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri Kadir Doğruer Baku Tv –yə xəstənin vəziyyəti ilə bağlı son məlumatları da verib.

Xatırladaq ki, hüquq müdafiəçisi Oqtay Gülalıyevi oktyabrın 29-da piyada hərəkət edərkən qəzaya uğrayıb. (musavat.com)

AzNews.az