Ramiz Mehdiyev ona vəzifə verdi - FOTO

O, bu gün kollektivə təqdim olunub

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə yeni müdir təyin olunub.

Bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürova həvalə edilib.

A.Şükürov bu gün akademiyanın Əsas binasında keçirilən tədbirdə kollektivə təqdim olunub. (yenisabah)

image description