"Bu proses güclü və davamlı islahatlar aparılmasını şərtləndirir" "Bu proses güclü və davamlı islahatlar aparılmasını şərtləndirir"

“ABŞ-da təhsil alanların Azərbaycan hökumətində təmsil olunması sevindiricidir”

"Bu proses güclü və davamlı islahatlar aparılmasını şərtləndirir"

“Azərbaycan hökumətinə yeni təyin olunanlardan bəziləri ABŞ-da təhsil alıb. Fikrimcə, bu, ölkənin xeyrinə olacaq”.

Bu fikri “Facebook” istifadəçilərinin suallarına canlı yayımda cavab verən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer dilə gətirib.

“Prezident Əliyev Azərbaycanın gələcəyi naminə şəffaflığı artırmağın, korrupsiyaya qarşı mübarizənin, qanunun aliliyini təmin etməyin vacibliyini dəfələrlə qeyd edib. Bu proses güclü və davamlı islahatlar aparılmasını şərtləndirir. Ümidvaram ki, yeni təyin olunan hökumət üzvlərilə görüşüb islahatların həyata keçirilməsilə bağlı söhbət etmək fürsətim olacaq. ABŞ-da təhsil alan şəxslərin Azərbaycan hökumətində təmsil olmalarına çox şadam” – deyən səfir həmin şəxslərin “ABŞ təhsilli olmaları qarşılarında nadir perspektivlər açır, mövcud problemlərin öhdəsindən daha yaxşı gələrək Azərbaycana daha gözəl gələcək təmin etməyə çalışacaqlar” – şəklində fikir bildirib.

AzNews.az