Rəbiə deyil, Tomris ol!!!...

Dünyanın qurulduğundan üzü bu yana qız uşaqlarını diri-diri torpağa gömən kültürə sahib tək toplum ərəblər olmuşlar

Rəbiə sözü ərəbcə "dördüncü” deməkdir. Ona görə də qutsal ad sayılmır. Çünki, əskidən ərəblərdə qız uşaqları insan sayılmırdılar. Qızı olanlara ad da verilməzdi.
Onlar sadəcə nömrələnirdilər. "Vahidə” ilk qız uşağına verilən ad sayılırdı. İkinci dəfə dünyaya qız uşağı gəlirdisə, ona "Saniyə” adı qoyulardı. "Sülasə” və ya "Bitə” adları üçüncü dəfə dünyaya gələn qızlara verilən ad idi. "Rəbiə” dördüncü qıza verilən ad sayılırdı. Beləcə qızlar dünyaya gəldikcə onlara ərəb kültüründə sıralama nömrəli adlar qoyulardı. Sanki, indiki dönəmdə maşınlara nömrə verilən kimi.
Elə ki, həmin qızlar bir qədər böyüdülər, bu dəfə onları yerli ləhcələrə görə "arpad”, "arvad”, "avrad” və "övrət” adlandırardılar. Bu sözün tək bir anlamı var: "QUL”.
İstər qız cocuğu olsun, ya da qadın, onlar insan sayılmırdılar. Sanki, qız və ya qadın olmaq həyatın ən mənasız varlığı sayılırdı. Dünyanın qurulduğundan üzü bu yana qız uşaqlarını diri-diri torpağa gömən kültürə sahib tək toplum ərəblər olmuşlar.
Bunun əsil səbəbi "təpəçilik” (monopilist) düşüncəsi, faizlə gəlir əldə etmək və ya iş görmək istəyən erkəklərin qızlarına, qadınlarına əl qoyub bazarlamaq anlamı əsas dəyərlərdən biri hesab olunurdu. Ərəblər başqalarından borca görə, onların üzərində kiminsə amirliyinin artması səbəbindən qızlarını torpağa diri-diri gömməyi üstün sayardılar.
Bəs Türklər necə idilər? Türklər qızlara, qadınlara dəyər verən, onları hər anda önəmsəyən, insan yerinə qoyan, komandanlar, xaqanlar kimi yetişdirən Gök Tanrı inancına bağlı bir toplum idilər. Bu gün dünyada insan haqlarını ən yüksək səviyyədə dəyərləndirən dövlətlər və toplumlardan min illər öncə Türklər qadına və qıza qutsal anlamda sayğı göstərərdilər. Bunun əsil səbəblərindən biri əski Türklərdə "namus” sözünün olmaması idi. Çünki, namussuzluq nədir bilməzdilər. Türk gələnəyində qadın arxadaşdı, sirdaşdı. Qadın ANA idi, sevgiydi, təkbaşına dövlətdi. Qadın əsla döyülməzdi, ona əl qaldırmaq ən böyük şərəfsizlik sayılırdı.
Türklər əməvizəkası, ərəb kültürü içinə girdiklərində "ərəb düşüncəsi” də məişətimizə girdi. Halbuki, əski Türk kültüründə, örfündə qadın hər zaman əl üstündə tutulurdu.
Tarixdə Çingiz (Dəniz) Xanın öz qadınına işarə edərək söylədiyi kimi: "Mən sizin xanınızam. Bu də mənim XANIM-dır”. Yəni qadın evin və ailənin xanıdır. Odur ki, qız uşaqlarına mənşəyi bəlli olmayan ərəb adları, özəlliklə də Rəbiə deyil, Tomris kimi ünlü adları qoyun.

Turan Partiyası GK Başkanı Başdanışmanı
Ənvər BÖRÜSOY