Deputatdan Birinci vitse-prezidentə doğum günü təbriki

"Mehriban Əliyevanın fəaliyyəti hər şeydən əvvəl milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanır"

"Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür. Mehriban Əliyevanın fəaliyyəti hər şeydən əvvəl milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanır".

AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fatma Yıldırım Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edən zaman deyib.

Təbrikdə daha sonra deyilir:

"O, Azərbaycan xalqının rifahına və dövlətimizin milli mənafeyinə xidmət edən mühüm təşəbbüslərlə çıxış edərək qarşıya qoyulmuş milli məqsədlərin, strateji hədəflərin reallaşdırılmasına müstəsna töhfələr verib. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır, Azərbaycan mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin beynəlxalq arenada təbliğinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılmasına əsaslı töhfələr verir. Bütün bunların nəticəsidir ki, onun fəaliyyəti xalq tərəfindən böyük rəğbətlə və sevgiylə qarşılanır.

Dəyərli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıram".

Səidə Vahid

AzNews.az